Bank Of Baku

Ukrayna Rusiyanın zenit raketləri istehsal edən zavodunu vurub, 6 nəfər ölüb, 26 nəfər yaralanıb - YENİLƏNİB

Ukrayna Rusiyanın zenit raketləri istehsal edən zavodunu vurub, 6 nəfər ölüb, 26 nəfər yaralanıb - YENİLƏNİB
# 24 iyul 2026 13:49 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kirov şəhərində müəssisəyə raket zərbələri nəticəsində 6 nəfər ölüb, 26 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov məlumat verib.

***

11.11

Ukrayna "Flaminqo" raketi ilə Rusiyanın Kirov şəhərində yerləşən "AVİTEK" zavodunu vurub.

“Unian”ın yaydığı məlumata görə, hücumdan sonra zavodda yanğın baş verib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, müəssisə "yer-hava" sinifli idarəolunan zenit raketləri, raket-hədəflər, pilotların xilas edilməsi üçün katapult oturacaqları, aviasiya yükqaldırma sistemlərinin istehsalı üzrə ixtisaslaşıb.

Bildirilir ki, zavod həmçinin "Tor" zenit-raket komplekslərinin istehsalı proqramında iştirak edir.

Məlumata görə, "AVİTEK" ABŞ, Ukrayna və bir sıra digər ölkələrin sanksiyaları altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR