Bank Of Baku

Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov

© APA | Kəmaləddin Heydərov

# 23 sentyabr 2024 16:29 (UTC +04:00)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, nazir Kəmaləddin Heydərov tərəfindən sentyabrın 26-da Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında saat 10:00-dan Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı sentyabrın 25-də Şimal-qərb Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR