Bank Of Baku

Kəmaləddin Heydərov Xızı şəhərində vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Xızı şəhərində vətəndaşları qəbul edəcək
# 15 yanvar 2025 15:17 (UTC +04:00)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xızı şəhərində vətəndaşları qəbul edəcək.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, yanvarın 17-də Xızı şəhərində, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Xızı və Siyəzən rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı yanvarın 16-da Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:


tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR