Bank Of Baku

Konqres sədri: "Qarabağda gördüklərimi Gürcüstanda buranın arzusu ilə dünyasını dəyişən atamın məzarı önündə danışacam"

Konqres sədri: "Qarabağda gördüklərimi Gürcüstanda buranın arzusu ilə dünyasını dəyişən atamın məzarı önündə danışacam"
# 21 oktyabr 2024 18:02 (UTC +04:00)

"Qarabağda sonuncu dəfə 1987-ci ildə olmuşam. Bundan sonra məlum hadisələr səbəbindən bura gəlməmişəm. İndiki səfərimi isə mərhum atamın əvəzindən edirəm. Çünki o, son nəfəsinə qədər Qarabağ arzusu ilə yaşadı".

Bunu APA-ya azad edilmiş ərazilərə səfər edən Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev bildirib.

"Burada gördüklərimi, abadlıq-quruculuq işlərini, ən əsası Qarabağın azadlığını Gürcüstanda atamın məzarı üzərində ona danışacam”, deyə Konqres sədri vurğulayıb.

Ə. Babayev qeyd edib ki, Azərbaycanın qələbəsi Gürücstanda yaşayan azərbaycanlıları çox sevindirib, qürurlandırıb: “Xalqımıza hər zaman sülh və əmin-amanlıq arzulayıram".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR