Bank Of Baku

Kreml Çernobıl AES-ə PUA hücumu ilə bağlı ittihamları təxribat adlandırıb

Kreml Çernobıl AES-ə PUA hücumu ilə bağlı ittihamları təxribat adlandırıb
# 14 fevral 2025 14:30 (UTC +04:00)

Kreml Ukrayna tərəfinin Rusiya PUA-larının Çernobıl Atom Elektrik Stansiyasının dağılmış enerji blokunu vurması məlumatına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiyaya məxsus dronların gecə saatlarında Çernobıl Atom Elektrik Stansiyasının dağılmış enerji blokunu vurması və qoruyucu sarkofaqı zədələməsi ilə bağlı ittihamlarını növbəti təxribat adlandırıb.


"Çox güman ki, söhbət növbəti təxribatdan, saxtakarlıqdan gedir. Kiyev rejimi məhz bunu sevir və bəzən etməkdən çəkinmir", - Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR