Bank Of Baku

KTM: Yanvar ayında üç nəfər zəhərlənmədən ölüb

KTM: Yanvar ayında üç nəfər zəhərlənmədən ölüb
# 05 fevral 2025 09:47 (UTC +04:00)

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib.

APA xəbər verir ki, bu barədə KTM-in məlumatında bildirilib.

Qeyd edilib ki, şöbəyə qəbul edilən xəstələrdən 48 nəfər dərmandan, 19 nəfər sirkə turşusundan, 5 nəfər botulizmdən, 3-ü spirtli içkidən, 1-i qidadan zəhərlənən şəxslərdir.

Həmçinin 8 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələrdən, 5 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə, 5 nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, allergik reaksiya zəhərlənmələrindən qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR