Bank Of Baku

Laçında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar tədbirlər keçirilir - FOTO

Laçında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar tədbirlər keçirilir - FOTO
# 29 dekabr 2024 12:08 (UTC +04:00)

Bu il də Laçında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sil-silə tədbirlər keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, tədbirlər proqramına əsasən, əvvəlcə Seyrəngahda uşaqlar üçün bayram şənliyi, eyni zamanda, kreativ oyunlar, master klasslar, “face-art” təşkil edilib.

Qeyd edək ki, tədbir günün ikinci yarısında Laçın şəhərində "Can Laçın qış möcüzəsi" yarmarkası və "Ay Laçın" adlı Yeni il konserti ilə davam edəcək. Yarmarkada Laçında istehsal olunan məhsullar, milli mətbəximizi əks etdirən nümunələr yer alacaq.

Konsert proqramında isə məşhur müğənnilərin ifası nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR