Laçında Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib - YENİLƏNİB

Laçında Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib  - YENİLƏNİB
# 10 oktyabr 2024 17:17 (UTC +04:00)

Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılan Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib.

APA xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının və Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak ediblər.

İclasda giriş nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin, “Ağıllı Tinglik Təsərrüfatı”nın və “Dostluq meşəsi”nin yaradılması ilə bağlı Türkiyə Respublikası ilə birlikdə icra olunan layihələr çərçivəsində ərazinin hasarlanması, tinglik təsərrüfatı üçün istinad divarlarının hazırlanması, eləcə də içməli su, kanalizasiya, yağış suyu, drenaj və suvarma suyu üçün boruların çəkilişi işləri yerinə yetirilib:

"Həmçinin 16,4 ha “Dostluq meşəsi”, eləcə də həmin əraziyə bitişik olan 57,0 ha torpaq sahəsində terras üsulu ilə yeni yaşıllıq sahəsi salınıb".

O, həmçinin qeyd edib ki, hazırda Türkiyə Respublikasının sifarişi ilə inzibati və köməkçi binaların tikintisinə cəlb edilmiş podratçı şirkətlər tərəfindən bünövrə hazırlanması, beton tökmə, eləcə də daş divarların inşası üçün hazırlıq işləri aparılır.


Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Məsim Məmmədov görülən işlər barədə danışıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri, İşçi qrupun üzvü Mehman Nəbiyev isə Azərbaycan Respublikası ərazisində, o cümlədən işğaldan azad edilmiş bölgələrdə məişət tullantıları ilə əlaqədar vəziyyətin yaxşılaşdırılması üçün müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsinə dair Tədbirlər Planı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülmüş işlər haqqında danışıb.

İclasda təqdimatla çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev bildirib ki, 2024-cü ildə 4267.11.61 ha yerquruluşu, 245342, 58 ha torpaq tədqiqat işlərinin aparılması planlaşdırılıb:

"Cari il ərzində 134234. 85 ha geobotaniki tədqiqat işlərinin aparılması planlaşdırılıb"

İclasda, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov, ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev və digər səlahiyyətli şəxslər çıxış ediblər.

***

13:11

Laçın şəhərində İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

APA xəbər verir ki, iclasa sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir.

İclasda İşçi qrupda tamsil olunan müvafiq dövlət qurumlarının və Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı ve Zengilan rayonlarında, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti ve İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edirlər.

İclasda İşçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və onlardan istifadə perspektivləri, torpaqların elektron kadastr uçotu işlərinin nəticələri, Laçın hava limanının inşası zamanı tikinti altına düşən meşə əraziləri ilə əvəzlənmiş sahədə yeni yaşıllıq massivinin salınması işləri barədə iclas iştirakçılarına məlumat veriləcək, işğaldan azad edilmiş bölgələrdə bərk məişət tullantıları ila əlaqədar vəziyyətin yaxşılaşdırılması üçün müvafiq qurumlar arasında kommunikasiyanın gücləndiniməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR