Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib
APA-nın cənub bürosunun verdiyi məlumata görə yol-nəqliyyat hadisəsi Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetməni itirib və yol kənarına çıxıb. Sürücü 2001-ci il təvəllüdlü Rauf Rahim oğlu Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Ona zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.