Bank Of Baku

Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib - FOTO - VİDEO

Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib - FOTO  - VİDEO
# 13 may 2022 12:57 (UTC +04:00)

Lənkəranda Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, FHN-in Cənub Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında tarixində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib. FHN-in təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Əvvəlcə Cənub Regional Mərkəzinin həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Dövlət Himni səsləndirildikdən sonra tədbirin açılışında Cənub Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Müsəddiq Əsədov çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Cəlilabad şəhər 7 saylı tam orta məktəbi I yeri, Lənkəran rayonu Digah kənd tam orta məktəbi II yeri, Yardımlı rayonu Köryədi kənd tam orta məktəbi isə III yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzrə kubok və diplomlarla təltif olunub.

Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR