Bank Of Baku

Mehriban Vəliyeva: "Ötən il 27 şagirdi maşın vurub"

Mehriban Vəliyeva

© APA | Mehriban Vəliyeva

# 14 oktyabr 2022 15:09 (UTC +04:00)

Ötən il 27 şagirdi maşın vurub.

APA xəbər verir ki, bunu “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfransda çıxışı zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

İdarə müdiri məktəblərə yaxın yerlərdə yol nişanlarının olmamasına diqqət çəkib: “Bəzən məktəblərə yaxın yerlərdə yol kənarında lazımi yol nişanları olmur ki, nəticədə belə hallar yaşanır”.

İdarə müdiri qeyd edib ki, ötən il ümumilikdə 194 şagirdin xəsarət alması ilə bağlı məlumat daxil olub: “Müraciətlər ən çox Sabunçu rayonunda - 21 dəfə qeydə alınıb. Şagirdlər arasında mübahisə halı ilə bağlı 126, şagirdin nizam-intizam qaydasını pozması 24, şagirdin psixoloji durumu barədə 23, şagirdin halının pisləşməsi 104, işçinin halının pisləşməsi 66, şagirdi maşın vurması 27, şagirdin dərsdən yayınması ilə bağlı isə 21 məlumat daxil olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR