Bank Of Baku

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb - YENİLƏNİB

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb - YENİLƏNİB
# 02 avqust 2022 11:25 (UTC +04:00)

Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

***

11:00

2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR