2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi 03 oktyabr 2022-ci il tarixində başlayacaq.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən bildirilib. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına 5 yaşı 2022-ci ildə tamam olan uşaqlar qəbul ediliblər.