“Məktəblərdə bufet və idman zallarının açılması ilə bağlı Nazirlər Kabinetinin qaydaları hazırlanır”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
O deyib ki, bufet və idman zallarının açılması ilə bağlı qərar veriləcək: “Hazırda müzakirələr gedir, amma hansı formada açılması bir neçə gün ərzində bəlli olacaq”.