Bu gündən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili başlayıb.
APA xəbər verir ki, beşgünlük payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.
Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.