Mərkəzi Nəbatat Bağına İtaliya və Türkiyədən flora növləri gətirilib.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında botanik Asif Mehralıyev deyib.
Botanik bildirib ki, Mərkəzi Nəbatat Bağı ərazisinə abadlıq işləri çərçivəsində yeni 116 növ bitki gətirilib. Bu, çox böyük rəqəmdir. Bu bitkilər ölkənin hava temperaturuna uyğunlaşdırılıb, adaptasiya prosesindən keçib”.
Asif Mehralıyev onu da qeyd edib ki, Mərkəzi Nəbatat Bağında minlərlə Eldar şamı ağacı var.