“İşğaldan azad edilmiş torpaqlarda minalarandan təmizləndikdən sonra müəyyən xəritə ilə ağacların əkilməsi işləri aparılır. Ağacların payız fəslində əkilməsinə üstünlük verilir”.
Bunu APA-ya açıqlamasında Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev bildirib. Onun sözlərinə görə, yalnız əllərində olan xəritə ilə irəliləyirlər:
“Zəngilanın aşağı ərazisində çinar ağacları əkilir. Bəsitçay qoruğu ətrafında isə, əsasən, Şərq çinarları əkilib. Biz orada bəzi ağacları tarixi abidə kimi qoruyub saxlayırıq. Bildiyiniz kimi, erməni vandalları çıxarkən ağacları yandırıb, qırmışdılar. Bununla bağlı monitorinqlər aparırıq”.
V. Fərzəliyev qeyd edib ki, ümumillikdə bu ilin payızında respublika üzrə 1003 kv² ərazidə yaşıllaşma prosesi nəzərdə tutulur.
Aysel Şahmar