“Bakı Metropoliteni” QSC metroda sanitar-gigiyenik qaydalara əməl olunması ilə bağlı sərnişinlərə müraciət edib.
APA-nın xəbərinə görə, müraciətdə deyilir:
“Yay dövrünün qədəm qoyması ilə metropolitendə sanitariya normaların tələblərinə əməl edilməsi ilə bağlı nəzarət mexanizmləri gücləndirilib. Dövrün mikroiqlim xüsusiyyətləri nəzərə alınmaqla sərnişinlərin müxtəlif qablaşdırılmış sulardan, həmçinin qida və kulinariya məhsullarından istifadə etməsi hallarının artması müşahidə olunur. Stansiya və qatarların təmizliyinin qorunub saxlanması məqsədilə bir sıra tədbirlər yerinə yetirilir, monitorinqlər davam etdirilir. Bununla yanaşı, “COVID-19” pandemiyası dövrünün tələbləri əsasında sanitar-gigiyenik qaydalara ciddi əməl olunması aktuallığını qoruyub saxlayır. Məlumdur ki, metropoliten stansiyalarında sərnişin təhlükəsizliyi, eləcə də sanitariya qaydalarının qorunub saxlanması məqsədilə tullantılar üçün konteynerlər qoyulmur. Qeyd edilənlər nəzərə alınmaqla, stansiyalarda gücləndirilmiş təmizlik işlərinin həcmi və miqyası artırılıb, davamlı nəzarət təmin edilib. Lakin qatarlarla bağlı vəziyyət fərqlidir. Vaqonlarda müvafiq yoxlama və nəzarət tədbirlərinə, əsasən, sonuncu stansiyalarda yol verilə bilər. Bununla belə Qırmız xəttin “İçərişəhər”, Yaşıl xəttin “Dərnəgül” stansiyalarında qatarların bir yoldan digər yola keçirilməsini təmin edən dönmə kameraları yoxdur. Belədə qatarlara əlavə sanitariya baxışının keçirilməsi intervalların artması və yubanmalara yol verilməsi ilə nəticələnəcək. Bu səbəbdən “İçərişəhər” və “Dərnəgül”, habelə Yaşıl xəttin “Memar Əcəmi” stansiyalarından xəttə çıxan qatarlarda, hərəkət qrafikinin pozulmaması şərti ilə, ən qısa müddəti nəzərdə tutan təmizlik işləri təşkil edilir.
Hər iki xətt üzrə qatarların müntəzəm dönmə əməliyyatı aparılan sonuncu stansiya “Həzi Aslanov”dur. Məhz bu stansiyada qatarlara sanitariya nəzarəti çərçivəsində atılmış əşyaların yığışdırılmasına yalnız müəyyən mənada imkan var.
Ümumən qatarlarda əsaslı sanitariya baxışının keçirilməsi və təmizlik işlərinin aparılması yalnız depo şəraitində mümkündür.
“Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, stansiyalarda və xüsusən qatarlarda istifadə olunmuş qablaşdırılmış su, qida və kulinariya vasitələrinin atılmamasını rica edir. Eyni zamanda stansiya və qatarlarda oturacaq və tutacaqların, habelə əllə təmas olunan digər səthlərin təmiz saxlanması vacibdir.
Unutmayaq, paytaxtın əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan metropoliten insanların kütləvi toplaşdığı və hərəkət etdiyi məkanlardandır. Günümüzün aktual məsələlərindən biri sanitar-gigiyenik qaydalara riayət olunmasıdır. Bu, metropolitendə hər bir sərnişinin sağlamlığının əsas meyarlarından biridir. Bir sərnişinin diqqətsizliyi və yaxud biganəliyi yüz minlərlə insanın, o cümlədən hər birimizin evinin sakini və qonağı kimi metropolitendən istifadə edən ailə üzvlərimizin və yaxınlarımızın sağlamlığına xələl gətirə bilər.
Hər birimizin sağlamlığı naminə metromuzu təmiz saxlayaq!"
Metroda sanitariya qaydaları ilə bağlı sərnişinlərə müraciət edilib
Xəbər Lenti
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqlənib
“Əkinçi”dən rəqəmsal mediaya: Azərbaycan mediasının 151 illik şərəfli inkişaf yolu - TƏHLİL
Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB
Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb - VİDEO
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Serbiya nümayəndə heyəti Azərbaycanda səfərdə olub
“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir
Lənkəranda Milli Mətbuat Günü qeyd olunub - FOTO
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi məzunlarının işə qəbul faizi 90%-ə yaxınlaşıb
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd edib - FOTO
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb
Sabahın hava proqnozu açıqlanıb
Gecikdirilmiş 422,8 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Azercell Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Hikmət Hacıyev: Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
Naxçıvandan tranzit keçməklə yük aparan maşında 53 kq narkotik tapılıb - FOTO - VİDEO
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi mənimsəmədə ittiham olunur
Azərbaycan jurnalistləri Qırğızıstanda "Ala Arça" Dövlət Təbiət Parkını ziyarət ediblər - FOTO
Rusiyanın Odessaya zərbələri nəticəsində bir nəfər ölüb, magistral qaz xəttində yanğın olub
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub - FOTO
Aİ-də Rusiyaya qarşı sanksiyaların qəbulunda fikir ayrılıqları Orbandan sonra da davam edir
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Moti Yeger: Kibertəhlükəsizlik təkcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır
Mehdiabadda üzərində xəsarətlər olan meyit tapılıb
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub
Oleksandr Sırski vəzifədən ayrıldıqdan sonra ilk dəfə danışıb: Ordunu hücum vəziyyətində təhvil verirəm
Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək
İRİA: Rəhbər şəxslərin kibertəhlükəsizlik üzrə maarifləndirilməsi diqqət mərkəzində saxlanılır
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər dünən saxlanılıb
Fərid Osmanov: Azərbaycanda milli kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı mühümdür
APA TV-də XƏBƏRAPARAN - CANLI
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb - VİDEO
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıb