“MİDA-nın elan etdiyi güzəştli mənzil seçimi vasitəsilə ev alan şəxslərin orada yaşayıb-yaşamaması qaydalarla tənzimlənmir”.
APA xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı deyib.
O qeyd edib ki, mənzili əldə etmək hüququ təsdiqlənmiş şəxsin mənzil əldə etmək hüququ var:
“Digər tərəfdən, Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus güzəştli mənzillərin əvvəlcədən bronlaşdırılması barədə iddiaların əsası yoxdur. Bütün mənzillər satış başlayan zaman aktiv olur. Sadəcə iş sürətli həyata keçirilir”.