“Üç gün əvvəl ölkəmizdə Anım Günü qeyd edildi. Bakı şəhərində keçirilmiş yürüşdə Ali Baş Komandan İlham Əliyev və birinci Vitse-prezident Mehriban Əliyeva iştirak etdilər”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, dövlət başçısı xalqa etdiyi müraciətdə böyük qələbəmizi şərtləndirən amillərlə bağlı xalqa geniş məlumat verib: “Dövlət başçısı bundan sonra Azərbaycan dövlətinin qalib dövlət, Azərbaycan xalqının qalib xalq kimi əbədi yaşayacağını bildirdi. Bu möhtəşəm qələbəni xalqımıza bəxş etmiş İlham Əliyevə və müzəffər əsgər və zabitlərimizə minnətdarlığımı ifadə etmək istəyirəm".
Sədr təklif edib ki, Birinci və İkinci Qarabağ müharibəsində, həmçinin Vətən və xalq yolunda canından keçmiş digər şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilsin.
Milli Məclisdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib
30 sentyabr 2021 11:10 (UTC +04:00)
Sosial
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
13:42
5 may 2024