Bank Of Baku

MİQ üçün vakant yerlərin sayı açıqlanıb

MİQ üçün vakant yerlərin sayı açıqlanıb
# 13 iyul 2022 17:15 (UTC +04:00)

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində vakant yerlərin sayı açıqlanıb.

APA xəbər verir ki, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli bildirib ki, təxminən 9000-dən artıq vakant yer namizədlərə təqdim olunacaq.

"Müəllimlərin işə qəbulu üzrə test imtahanını artıq beş ildir ki, həyata keçiririk. Bu beş ildə ən çox vakant yer bu il təklif olunur", - o qeyd edib.

Nurlan İsmayılbəyli deyib ki, sabahdan başlayan MİQ imtahanları üçün ilk sessiyaya qeydiyyat 08:50-də başlayacaq, 09:50-də isə başa çatacaq:

"Bundan sonra qeydiyyat dayanacaq və 10:00-da imtahan başlayacaq. İlk imtahan sessiyası riyaziyyat müəllimliyi üzrə olacaq və 4000-dən artıq namizəd iştirak edəcək. İkinci imtahan sessiyası fiziki tərbiyə, alman dili və fransız dili müəllimliyi üzrə olacaq. İmtahana qeydiyyat 13:50-dən 14:50-yə qədər davam edəcək, 15:00-da imtahan başlayacaq. İkinci imtahan sessiyasında da 4000-dən artıq namizəd iştirak edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR