Bank Of Baku

MM komitə sədrinin müavini: “Bəzən dərmanlar çox yüksək qiymətlərə satılır”

Rəşad Mahmudov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini

© APA | Rəşad Mahmudov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini

# 13 may 2022 13:11 (UTC +04:00)

“Dərman vasitələri ölkəmizə qanunvericilik əsasında gətirilir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, bəzən ehtiyac olan dərmanlara əlçatanlıq az olur: “Bəzən dərmanlar uyğun olmayan çox yüksək qiymətlərə satılır. Bu gün dövlətin aidiyyəti qurumları ortaq müzakirələrlə dərmanların gətirilməsiylə bağlı qanunvericiliyin tələblərinin ən yüksək səviyyədə həyata keçirilməsi üçün güclərini səfərbər ediblər. Hər bir vətəndaşın özünü rahat Azərbaycan səhiyyəsinə əmanət etməsi üçün var gücü ilə çalışırıq. Yaxın gələcəkdə biz bunların nəticələrini görəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR