Bank Of Baku

Müqəddəs Taxt-Tacın katibi Bakıda Müqəddəs Messaya başçılıq edib - FOTO

Müqəddəs Taxt-Tacın katibi Bakıda Müqəddəs Messaya başçılıq edib - FOTO
# 15 dekabr 2024 15:56 (UTC +04:00)

Müqəddəs Taxt-Tacın Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager Bakının əsas katolik kilsəsində - Müqəddəs Məryəm Katolik Kilsəsində keçirilən Müqəddəs Messaya başçılıq edib.

APA xəbər verir ki, bu gün Bakıda katoliklərin Milad bayramını qeyd etməyə hazırlaşdığı kilsə ilinin xüsusi dövründə - Adventin III Bazar günündə Müqəddəs Messa mərasimi keçirilib.

Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsiosu arxiyepiskop Marek Solçinski və Bakı Müqəddəs Məryəm Katolik Kilsəsinin ruhaniləri mərasimdə iştirak ediblər.

Arxiyepiskop Qallager xütbə ilə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR