Bank Of Baku

Musiqi məktəblərinə müəllimlərin işə qəbulu üçün qeydiyyat başlayıb

Musiqi məktəblərinə müəllimlərin işə qəbulu üçün qeydiyyat başlayıb
# 18 iyul 2022 14:22 (UTC +04:00)

Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

DİM-dən APA-ya bildirilib ki, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu imtahanı 7 avqust 2022-ci il tarixində keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında bu gün 09:00-dan 28 iyul saat 17:00-dək həyata keçiriləcək.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola ve imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR