Azərbaycanda işgüzar səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Avropa Parlamenti arasında ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması sahəsində fikir mübadiləsi aparılıb, Avropa İttifaqının müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.