Naxçıvan Muxtar Respublikasında 8 noyabr - Zəfər Günü qeyd edilir.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, səhər saatlarından başlayaraq Naxçıvan sakinləri şəhərin mərkəzində yerləşən Zəfər Parkını ziyarət edib, Memorial Kompleksin önünə gül dəstələri qoyublar.
Eyni zamanda, sakinlər Zəfər Günündə şəhidlərin dəfn olunduğu Naxçıvan şəhər qəbiristanlığını ziyarət ediblər, onları qürurla anıblar.
Qeyd edək ki, bu gün Zəfər Günü ilə bağlı Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında konsert təşkil olunacaq, eyni zamanda, atəşfəşanlıq olacaq.