Bank Of Baku

Naxçıvanda magistral xətdə qəza şəhərin bir çox ərazisini susuz qoyub

Naxçıvanda magistral xətdə qəza şəhərin bir çox ərazisini susuz qoyub
# 09 yanvar 2025 22:56 (UTC +04:00)

Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçen diametri 355 millimetr olan əsas magistral xəttində qəza baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəzaya səbəbinin boru xəttinin uzun müddət istismar edilməsi olduğu ehtimal olunur.

Borunun partlaması nəticəsində şəhərin əksər ərazilarinə suyun verilişi dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR