Bank Of Baku

Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub

Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
# 08 noyabr 2026 21:44 (UTC +04:00)

Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə konsert proqramı və atəşfəşanlıq təşkil olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bayram tədbiri Heydər Əliyev Muzeyinin qarşısında keçirilib.

Saat 19:00-da başlayan və 3 saat davam edən konsert proqramında dövlətçilik, Vətən sevgisi, milli birlik və Zəfər ruhunu əks etdirən musiqi və rəqs nömrələri təqdim edilib.

Tədbirin sonunda Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq olub.

Qeyd edək ki, bayram tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR