Bank Of Baku

Nazir: "Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb"

Teymur Musayev

© APA | Teymur Musayev

# 01 iyul 2022 12:17 (UTC +04:00)

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, xəstəliyin hazırki vəziyyətdə yalnız sıx təmas nəticəsində ötürülməsi mümkündür.

“Bildiyiniz kimi, meymunçiçəyinin özünə məxsus simptomları, öz gedişatı var. Təbii ki, onun aşkarlanması üçün əsas vasitə diaqnostika və laborator müayinələrdir. Azərbaycanda belə şübhəli hallar yoxdur deyə, ona ehtiyac duyulmayıb. Amma ölkəyə gətirilən testlər infeksiya nəzarət mərkəzinə təhvil veriləcək və həmin laboratoriyada yoxlamalar keçiriləcək”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR