Bank Of Baku

Nazir: "Külli miqdarda saxta diplom verən ali məktəblərimiz olub"

Nazir: "Külli miqdarda saxta diplom verən ali məktəblərimiz olub"
# 15 dekabr 2022 12:59 (UTC +04:00)

“Həqiqət budur ki, qurumlar öz nüfuzunu qorumursa, kimsə qoruya bilməz".

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, 15-20 il əvvəl külli miqdarda saxta diplom verən ali məktəblərimiz olub, belə tendensiya olub:

“Bunun faktları da var. Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən. Bizim etdiyimiz ali məktəbləri yoxlamaq deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR