Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi üçün 60 xüsusi təyinatlı texnika və 550 ədəd plastik tullantı konteyneri satın alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə tullantıların qarşını almaq üçün maarifləndirmə lövhələri quraşdırılıb, müvafiq tədbirlər görülür: “Aidiyyəti bütün qurumlar cəlb olunmaqla məsələnin aradan qaldırılması tapşırığı verilib. Bütün magistral yollar boyu, əhalinin dayandığı və piknik elədiyi yerlərdə quraşdırılıb”.
Vüqar Kərimov qeyd edib ki, növbəti turist axını əsasən aprel-may aylarında gözlənilir: “Həmin müddətə kimi bütün qurumlar səfərbər olub öz işlərini görməlidir”.