Bank Of Baku

Nazir: Sabunçuda spirtdən ölüm halları ilə bağlı araşdırma gedir

Nazir: Sabunçuda spirtdən ölüm halları ilə bağlı araşdırma gedir
# 26 fevral 2025 10:58 (UTC +04:00)

Sabunçuda spirtdən ölüm halları ilə bağlı araşdırmalar gedir, buna görə hələ ki məlumat verə bilmirik.

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, araşdırmalar bitəndən sonra ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Bakının Sabunçu rayonunda etil spirtindən zəhərlənmə nəticəsində bir neçə ölüm hadisəsi baş verib. 22-23 fevral tarixlərində ümumilikdə 15 nəfərin etil spirtindən zəhərlənərək öldüyü müəyyən edilib.

Bu şəxslərin "Starlyuks" adlı lisenziyasız gigiyenik vasitəni daxilə qəbul etdikləri məlum olub. Həmin məhsulun apteklərdə satışı artıq dayandırılıb.

Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR