Nazirlər Kabinetinin Aparatında Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.
Nazirlər Kabinetindən mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Baş nazir Əli Əsədov, Baş nazirin müavinləri və Nazirlər Kabineti Aparatının rəhbərliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Ümummilli liderin Nazirlər Kabineti Aparatının binasındakı heykəli önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.