Bank Of Baku

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yeni tərkibi təsdiqlənib

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yeni tərkibi təsdiqlənib
# 13 oktyabr 2022 12:50 (UTC +04:00)

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi dəyişib.

APA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yeni tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri

Orxan Nəzərli - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi.

Komissiyanın sədrinin müavini

İlkin Vəliyev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini.

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının Uçot siyasəti şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Qiymət statistikası şöbəsinin müdiri;

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının İqtisadi siyasət şöbəsi müdirinin müavini;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi; Azərbaycan Respublikası Mərkəzi Bankının Nağd Pul Departamentinin direktoru;

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin baş direktoru;

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru; Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyəti sədrinin müavini.

Qeyd edək ki, Komissiyanın əvvəlki tərkibi aşağıdakı kimi olub:

Komissiyanın sədri

Azərbaycan Respublikasının vergilər naziri

Komissiya sədrinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Aparatının qiymət statistikası şöbəsinin müdiri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin baş direktoru

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot-siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsi müdirinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankının nağd pul departamentinin direktoru

Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı sədrinin müavini.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR