Bank Of Baku

Nobel Sülh mükafatının laureatı məlum olub

Nobel Sülh mükafatının laureatı məlum olub
# 09 oktyabr 2026 13:01 (UTC +04:00)

2026-cı ildə Nobel Sülh mükafatı laureatı kimdir?

Nobel Sülh mükafatının laureatı məlum olub.

APA “Nobelprize.org”a istinadən xəbər verir ki, Norveç Nobel Komitəsi 2026-cı il Nobel Sülh mükafatının Navanethem (Navi) Pillaya verilməsi barədə qərar qəbul edib.

O, bu mükafata niyə layiq görülüb?

O, bu mükafata sülhün və beynəlxalq hüququn təşviqi istiqamətində göstərdiyi səylərə görə layiq görülüb.

2026-cı ildə Nobel Sülh mükafatı laureatı haqqında qısa məlumat

Navanethem (Navi) Pillay 23 sentyabr 1941-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərində hind əsilli ailədə anadan olub. O, beynəlxalq hüquq və insan hüquqları sahəsində tanınmış hüquqşünas və keçmiş hakimdir. Natal Universitetində hüquq təhsili alıb, daha sonra Harvard Universitetində magistr və doktorluq dərəcələri qazanıb. Aparteid rejimi dövründə irqi ayrı-seçkiliyə qarşı mübarizə aparıb və siyasi məhbusların hüquqlarını müdafiə edib. 1995-ci ildə Nelson Mandela tərəfindən Cənubi Afrikanın Ali Məhkəməsinə hakim təyin edilib. 1999–2003-cü illərdə Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalına sədrlik edib, 2003–2008-ci illərdə isə Beynəlxalq Cinayət Məhkəməsinin hakimi olub. 2008–2014-cü illərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsini icra edib. O, həmçinin BMT-nin işğal olunmuş Fələstin əraziləri üzrə müstəqil beynəlxalq araşdırma komissiyasına rəhbərlik edib və fəaliyyətində beynəlxalq hüququn qorunmasına, insan hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirib.

Nobel Sülh mükafatı harda elan edilib?

Qeyd edək ki, Nobel Sülh Mükafatının qalibi Norveçin Oslо şəhərində yerləşən Norveç Nobel İnstitutunda elan edilib.

2025-ci ildə Nobel Sülh mükafatı kimə verilib?

Qeyd edək ki, Norveç Nobel Komitəsi 2025-ci il Nobel Sülh mükafatının Maria Korina Maçadoya verilməsi barədə qərar qəbul edib. O, bu mükafata Venesuela xalqının demokratik hüquqlarını təşviq etmək istiqamətində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə görə layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR