Oğuz rayonunda 47 yaşlı piyadanı maşın vurub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndi ərazisində baş verib. Pərvin İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə rayonun Bayan kənd sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədhənifə oğlu Cabbarovu vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Cabbarov ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Oğuzda piyadanı maşın vurub
18 iyul 2021 16:58 (UTC +04:00)
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024