Bank Of Baku

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA
# 23 mart 2025 17:07 (UTC +04:00)

Martın 23-ü saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yağıntılar:

  • Yağış: Bakıda və Abşeron yarımadasında, həmçinin Qobustan, Yevlax, Lerik və Yardımlıda yağış müşahidə olunur.
  • Qar: Şahdağ, Quba, Qusar, Xaltan, Xınalıq, Şəki və Şahbuzda arabir qar yağır.

Külək:

  • Şimal-qərb küləyi: Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 30 m/s, Göyçayda isə 16 m/s-dək güclənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR