2026-cı ilədək onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisi 45%-ə çatdırılacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, İcbari Tibbi Sığort üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ilədək onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisinin 45%-ə qaldılmasını təmin etməlidir.
Bu cür skrininqlərin aparılması ilə qeyri-infeksion xəstəliklərin qarşısının alınması əmsalı yüksəldiləcək.