Ötən il Azərbaycan vətəndaşlarının viza üçün müraciət etdiyi ölkələrin siyahısı açıqlanıb.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
“ABŞ-a edilən müraciət sayı 2437, verilən viza sayı 2323, Birləşmiş Krallığa edilən müraciət sayı 1878, verilən viza sayı 1818, Braziliyaya müraciət sayı 1365, verilən viza sayı 1323, Nigeriyaya müraciət sayı 1359, verilən viza sayı 1304, Almaniyaya müraciət sayı 1128, verilən viza sayı 1094, Hindistana müraciət sayı 1019, verilən viza sayı 999, Keniyaya müraciət sayı 898, verilən viza sayı 873, İtaliyaya müraciət sayı 783, verilən viza sayı 762, Yaponiyaya müraciət sayı 757, verilən viza sayı 746, Kanadaya müraciət sayı 704, verilən viza sayı 686 olub”, - hesabatda qeyd olunub.
Bundan başqa, bildirilib ki, COP29 tədbiri ilə əlaqədar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında da 941 viza rəsmiləşdirilib.