“Qurd xəstəliklərinin çoxu qanazlığına səbəb olmur”.
APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov “Uşaqlarda qanazlığı” mövzusunda çıxışında deyib.
O bildirib ki, qanazlığına səbəb olan qurdlar xüsusi növdür: “Azərbaycanda belə qurd xəstəliklərinə demək olar ki, rast gəlinmir”.