Bank Of Baku

Pentaqon rəhbəri NATO müttəfiqlərini İrana görə sərt tənqid edib, Avropadakı ABŞ qüvvələrinin yoxlanışı elan olunub

ABŞ-ın müharibə naziri Pit Heqset

© APA | ABŞ-ın müharibə naziri Pit Heqset

# 18 iyun 2026 12:49 (UTC +04:00)

ABŞ-ın müharibə naziri Pit Heqset NATO müttəfiqlərini sərt tənqid edib.

APA xəbər verir ki, Heqset müttəfiqləri ABŞ qüvvələrinin İrana hücum etmək üçün Avropadakı bazalara girişini təmin etmədiklərinə görə tənqid edərək, bunu “utancverici” adlandırıb.

Müharibə naziri Pentaqonun Avropadakı Amerika qüvvələri ilə bağlı altı aylıq icmalını elan edib: “Bu gün Müharibə Nazirliyinin Amerika qoşunlarının və onların bazalarının Avropada yerləşdirilməsinin təhlilinə həsr olunacaq altı aylıq icmalını elan edirəm. Müddət altı aya qədərdir, bəlkə də daha az oldu”, - Heqset NATO müdafiə nazirlərinin görüşündə deyib.

Alyansın vəziyyətini qiymətləndirən Pentaqon rəhbəri NATO-nun çox uzun müddət “kağız pələng” və “bir tərəfli küçə” olduğunu, lakin daha bunun belə olmamalı olduğunu vurğulayıb və əlavə edib ki, artıq belə olmayacaq.

Heqset bildirib ki, Avropa yenilənmiş “NATO 3.0”-un yaradılmasında və “həqiqi, möhkəm hərbi ittifaq”ın qurulmasında liderliyi ələ almalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR