Bank Of Baku

Peşəkar mühasib sertifikatı almaq istəyənlərin nəticələri 5 həftə ərzində elan olunacaq

Peşəkar mühasib sertifikatı almaq istəyənlərin nəticələri  5 həftə ərzində elan olunacaq
# 20 oktyabr 2024 14:24 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən 20 oktyabr 2024-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi,17 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 5 həftə ərzində elan olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR