Bank Of Baku

Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib - FOTO

Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib - FOTO
# 21 sentyabr 2024 15:06 (UTC +04:00)

Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar sentyabrın 21-də Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, həmçinin prokurorluğun veteranları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, o cümlədən nazir Muxtar Babayevin iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirib.

APA xəbər verir ki, tədbir çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1000-dən çox ağac əkilib.

Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla səmimi söhbət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR