Psixi pozuntu halları olan qanunsuz miqrantlarla əlaqədar həyata keçiriləcək tədbirlər açıqlanıb

Psixi pozuntu halları olan qanunsuz miqrantlarla əlaqədar həyata keçiriləcək tədbirlər açıqlanıb
# 07 noyabr 2024 13:53 (UTC +04:00)

Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbidə və vətəndaşlığı olmayan şəxsdə özünə və ya ətrafdakılara qarşı təhlükəli davranışla müşahidə olunan psixi pozuntu halları olduqda, ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülə biləcək.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Miqrasiya Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbidə və vətəndaşlığı olmayan şəxsdə özünə və ya ətrafdakılara qarşı təhlükəli davranışla müşahidə olunan psixi pozuntu halları olduqda, o tibb işçisinin rəyinə əsasən ən geci 24 saat müddətində təcrid edilməklə Mərkəzdə saxlanılan digər əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ayrı saxlanılacaq. Bu müddətdə həyata keçirilən tibbi tədbirlər səmərəli olmadıqda, həmin əcnəbinin və vətəndaşlığı olmayan şəxsin psixiatriya yardımı almaq üçün müvafiq ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülməsi üçün tədbirlər görüləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR