Quba rayonunda yağan intensiv yağışlar nəticəsində sel Aydınkənd kəndinin infrastrukturuna, eləcə də yaşayış evlərinə və yardımçı tikililərə ziyan vurub.
APA-nın şimal bürosunun məlumatına görə, sel kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolunu yararsız hala salıb, nəqliyyat əlaqəsi kəsilib.
Problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.