Bank Of Baku

Rauf Penciyev: Fəxr edirəm ki, Qarabağ Universitetində təhsil alacam

Rauf Penciyev: Fəxr edirəm ki, Qarabağ Universitetində təhsil alacam
# 21 sentyabr 2024 17:31 (UTC +04:00)

"Qarabağ Universitetinin ilk tələbələrindən biri kimi Prezident İlham Əliyevin qarşısında çıxış etməkdən çox böyük qürur hissi duyuram. Dünənki görüşdə Prezidentin qarşısında çıxış etdim, ona Qarabağ Universitetində yaradılan şəraitə, yataqxanalara görə təşəkkürümü bildirdim. Bu həyatımda ən unudulmayacaq gün olacaq. Bunun üçün xoşbəxtəm".

Bu sözləri APA-ya müsahibəsində Qarabağ Universitetinin ilk tələbələrindən olan, Universitetdə “SABAH” qrupunda maliyyə ixtisası üzrə təhsil alan Rauf Penciyev deyib.

O, Xankəndi şəhərindən, və Qarabağ Univerisitetində yaradılan şəraitdən məmnunluğunu ifadə edərək deyib: “Artıq beş gündür buradayam. Xankəndi şəhərinin bəzi yerləri ilə tanış olmuşam. Şəhər də, havası da çox gözəldir. Universitetdə, yataqxanada da tələbələr üçün çox gözəl şərait yaradılıb. Fəxr edirəm ki, Qarabağ Universitetində təhsil alacam".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR