Rusiya İsrailin Dəməşqə hücumunu pisləyir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Moskva bir daha İsrail tərəfini dövlətlərin suverenliyinə hörmət etməyə və beynəlxalq hüququn əsas normalarına əməl etməyə çağırır.