Bank Of Baku

Sabah bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək

Sabah bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək
# 23 fevral 2025 20:40 (UTC +04:00)

Sabah qarlı hava şəraiti ilə əlaqədar bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək.

APA-nın xəbərinə görə, sabah Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Bakı Mühəndislik Universiteti, UNEC, Azerbaycan Pedaqoji Universitetləri, Baki Slavyan Universiteti, Fransız Azərbaycan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyasında dərslər onlayn keçiriləcəcək.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumatı təsdiqləyib.

Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetlərindən isə bildirilib ki, dərslər ənənəvi qaydada davam edəcək.

Universitetlərin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq sabah dərsə gələ bilməyən tələbələrə güzəşt ediləcək.

Dərsə gəlmiş qruplara isə universitetlərdə dərs həmişəki qaydada təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR