Bank Of Baku

Sabahdan bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQ

Sabahdan bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək, dolu düşəcək  - XƏBƏRDARLIQ
# 23 sentyabr 2024 16:01 (UTC +04:00)

Azərbaycanın rayonlarında sentyabrın 24-ü gündüzdən 27-dək bəzi rayonlarda hava şəraitinin qeyr-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə ( Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR