Sabir Rüstəmxanlı: Süni ada yaradılacağına təbii adalar abadlaşdırılsın, orada yaşayış salınsın

Sabir Rüstəmxanlı

© APA | Sabir Rüstəmxanlı

# 07 may 2024 12:00 (UTC +04:00)

“Süni adalar məsələsi ciddi məsələdir, bir sıra Yaxın Şərq ölkələrində bunun nümunələri var”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Xəzər dənizində Allahın yaratdığı adalar var: “Böyük Zirə, Nargin adası. Nargin adasını Bakının ulduzuna çevirmək, oradakı acı xatirəni unutdurmaq olar. Orada saxlanılan əsirlərin xatirəsi əbədiləşdirilə bilər. Süni adadan əvvəl təbii adaları abadlaşdırmaq lazımdır. Süni ada yaradılacağına təbii adalar abadlaşdırılsın, orada yaşayış salınsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR